Həmməruzəçilər Azərbaycanda siyasi vəziyyəti müzakirə ediblər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Bakıya səfərləri zamanı ölkədə noyabr ayında keçiriləcək seçkilər ərəfəsindəki ümumi siyasi vəziyyəti müzakirə ediblər.
Bu barədə həmməruzəçilər Pedro Aqramut (İspaniya) və Tadeuş İvinskinin (Polşa) Azərbaycana səfərlərinin yekunu ilə bağlı açıqlamada deyilir.
Qeyd edilib ki, onlar həmçinin insan haqlarının vəziyyətini, məhkəmə sistemini müzakirə ediblər.
Həmməruzəçilər 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Onlar Azərbaycan prezidenti, parlament sədri və komitələrin rəhbərləri, ədliyyə naziri, MSK sədri, qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüblər.(Gun.az)
Digər Xəbərlər
05 May 2024 09:55
Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər
05 May 2024 09:15Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib
04 May 2024 21:30