adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyun 2017 12:34
30041
ƏDƏBİYYAT

Heminqueydən gənc yazarlara 14 QIZIL TÖVSİYƏ

Adalet.az yaxın tarixin iz buraxan yazıçılarındanbiri olan Ernest Heminqueyin yeni yazmağa başlayan yazıçılar üçün 14 məsləhətinioxucular üçün təqdim edir.






Çoxkomik bir kitab yazmaq üçün əvvəlcə böyük əziyyət çəkmək lazımdır.


Bütünyaxşı kitabların ortaq bir xüsusiyyəti vardır: gerçəkdə olanlardan daha həqiqidirlər.



İstifadəetdiyin dil yaşadığın zamana aid olmalıdır, yoxsa yararsızdır.


Yazarlaryalnız çalışmalıdır. Bir-birlərini sadəcə işlərini bitirdiklərində, o zaman beləçox sıx olmamaq şərtilə görməlidirlər.



Müəllifbir roman yazarkən xarakter deyil, yaşayan şəxslər yaratmalıdır.



Bütün həyatımboyunca sözlərə onları ilk dəfə görürmüş kimi maraqla baxdım.



Sifətlərinsərt formalarını istifadə etməyin; xüsusilə də "möhtəşəm, fövqəladə"kimilərindən uzaq durun.



Bir hekayəkitabı başlığı tapmağa çalışıram. Kifayət qədər vaxt ayırsan mütləq yaxşı birbaşlıq taparsan. Çətin olan qisim, yaxşı görünən bir çox variant arasında doğruolanı tapa bilməkdir. Bu da vaxt alır.



Şəxsitragediyanı unut. Adam ağıllı yaza bilməyin üçün ciddi-ciddi incinməlisən gərək.



Bəzənyazmaq mənə çətin gəldiyində, ehtiyac duyduğum cəsarəti əldə etmək üçün özyazdığım kitabları oxumağa başlayıram. O zaman bu kitabları yazarkən də eyni çətinliyihiss etdiyimi və imkansızı bacardığımı xatırlayıram.



Biryazıçı əgər, həqiqətən də, bacarıqlı birisidirsə, "oğurlamaz".Başqalarının yazdığından yola çıxmaz. Onları az-maz dəyişdirib yeni əsər adıylaortalığa qoymaz. Özü kəşf edər və ya daha çox çalışıb icadını edər. Şəxsi və yafərqli birinin məlumatlarından yola çıxaraq bunları bacara bilərsiniz.



Qısacümlələr yaz. Pozitiv ol, neqativ olmaqdan qaç.




Bildiklərinəəsaslanaraq yazmalı, yaratmalı və insanların keçmişlərinə sadiq qalmalısınız.



Həyathaqqında yaza bilmək üçün əvvəlcə onu yaşamalısan.