HƏMAS tərksilah olmaq üçün şərtini açıqladı
HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək “dövlət”ə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail “işğal”ı sona çatmalıdır.
Adalet.az “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.
Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.
Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir. “Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, - deyə HƏMAS lideri bildirib.
Digər Xəbərlər
07 Dekabr 2025 22:00
"Avropa miqrantlar səbəbindən orta əsrlərə qayıdır"
07 Dekabr 2025 21:30
İran hibrid və elektrik avtomobillərinin istehsalına başlamağı planlaşdırır
07 Dekabr 2025 21:10
Türkiyə və Suriya XİN rəhbərləri arasında görüş olub
07 Dekabr 2025 21:06


Bakı -°C

