HƏMAS-ın yeni lideri AÇIQLANDI
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar Qəzza zolağında HƏMAS-ın yeni lideri olub.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, Sinvar 2024-cü ilin oktyabrında həlak olan HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Hərəkatın yeni rəhbəri qruplaşmanın dirçəldilməsi üçün fəal səylər göstərir, çünki onun döyüş imkanları İsrailin 2023-cü ilin oktyabrından Fələstin anklavında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ciddi şəkildə zəifləyib.
Ötən ilin oktyabrında İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

