adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2020 14:20
14686
SAĞLAMLIQ

HƏKİMLƏRİMİZ BİZDƏN ÜZ DÖNDƏRDİ

ATU TədrisCərrahiyyə Klinikasının reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 üzvüCovid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə sizzarafat sayırdınız. Artıqreanimasiyalarda yatan xəstələrə baxa biləcək bir personal yoxdur. Indi gedin,sizi hər uğurunda 100 minlərlə mükafat alan idmançılar, toyunuza "əşi bir dəfətoy edirik” təsəllisi ilə 10 minlərlə verib çağırdığınız müğənnilər və bu kimisağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlarmüalicə etsin.

P.S.Dərdimiz nə puldu, nə də başqa bir maddi şey. Sizlərdən hansısa dəyər gözləməkdəndə keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmayın. Özünüzdənqoruyun, Allaha əmanət olun.

Etibar Abbasov,
ATU Cərrahiyyə Klinikasının həkimi