adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Iyul 2019 14:06
11408
GÜNDƏM

Həkimlər, xəstəxanalar, dərmanlar niyə bu qədər reklam olunur? - SORĞU

Buyaxınlarda bir həkimin biabırçı reklam çarxı gündəm mövzusuna çevrildi. Adalet.az saytı olaraq istədik ki, bumövzu ilə bağlı ziyalıların, televziya işçilərinin fikirlərini öyrənək.

TV-lərimizdə həkimliklə bağlı verilişlərin çoxolması, özəl xəstəxanaların, həkimlərin reklam olunması, nə ilə bağlıdır? Bu,sırf kommersiya önəmi daşıyır, yoxsa səhiyyədə olan problemdir?



Millət vəkili, yazıçı Aqil Abbas:


Sovet vaxtı nəinki həkimi reklam etmək, hətta mətbuatda həkim haqqında yazı yazmaq qeyri-rəsmi yasaqlanmışdı. Çox nadir hallarda hansısa həkim haqqında mətbuatda xoş söz oxumaq olardı. Yasaqlamanın səbəbi bilirsiniz nə idi? Hansısa həkim dostluqla, ya da başqa yolla mətbuata yol tapıb özü haqqında geniş bir məqalə yazdıra bilərdi və həmin həkim də yazılana layiq olmazdı. Millət də tökülüb gedərdi həmin həkimin üstünə və nəticə də heç yaxşı alınmazdı. Ona görə də həkimlər haqqında yazı yuxarıda dediyim kimi qeyri-rəsmi yasaqlanmışdı.

İndi bütün günü, radio, televiziya, sayt, internet həkim reklamı ilə məşğuldur. Sonra da məlum olur ki, həmin həkim sağ ayaq yerinə sol ayağı kəsib, kor bağırsaq yerinə öd kisəsini çıxarıb, burunu Sofi Lorenin burnu əvəzinə, Frunzik Mıkırtıçyanın burnuna döndərib və s. və ilaxır. At gəldi, örkən apardı, it gəldi, çarıx.

Ona görə də belə reklamlara inanmaq lazım deyil və ümumiyyətlə bu məsələ adiyyatı orqanlar tərəfindən ciddi nəzarətə götürülməlidir.

Yeri gəlmişkən bir hospitalı televizyada çox reklam edirdilər, ən çox ölüm də həmin hospitalda baş verirdi.



Tanınmış jurnalist Elçin Şıxlı:


- Mətbuatın gəlir mənbəyi həmişə reklam olub. Söhbət reklamdan gedirsə və normal reklamdırsa, pis baxmıram. Bir də var həkim, dərman reklamı, bunun üçün lisenziya olmalıdır. Hər yerindən duran naşı həkim məsləhət versə, təbii ki pis nəticələrə gətirib çıxara bilər. Belə reklamlar nəzarətdə olmalıdır, qarşısı alınmalıdır. Verilişlərin, reklamların olmağı normal bir şeydir, sadəcə, seçmək lazımdır. Sağlamlıqla bağlı verilişlər hər yerdə var. Rusiyada da, Türkiyədə də, Amerikada da. Ekrana çıxarılan həkim cavan yox, sanballı olmalıdır. Özəl klinika pulunu ödəyir, onlar da reklam edirlər. Əslində isə sanbalı olmayan, heç bir ad qazanmayan həkim efirə çıxıb camaata ağıl öyrətməməlidir.

Pis cəhətlərdən birini də qeyd edim. Jurnalist, aparıcı reklam oxumamalıdır. Bizdə isə səhərdən axşamacan verilişin sponsoru haqqında aparıcılar məlumat verirlər. Ən böyük qəbahət budur.



Aparıcı, jurnalist İradə İsak


- Tamaşaçı kimi deyə bilərəm ki, artıq bu cürverilişləri, reklamları görmək xoş deyil. Bu, əslində biznes sahəsidir vəbiznes sahəsi də reklam olunmalıdır. Amma məsələ orasındadır ki, reklamhaqqında qanun var. Səhiyyə təşkilatlarının reklam haqqında qanunla hansıprinsiplərə riayət etməli olduğunu bilmirəm, və düşünürəm həmkarlarım dabilmir. Yəni bu sualın cavabını mütəxəssis kimi verə bilmərəm. Tamaşaçı kimideyə bilərəm ki, tv-lərin bu cür reklamları verməyə təbii ki haqqı var, ammaqıcıqlandıracaq səviyyədədir, əndazəni aşırlar. Hər gün səhiyyə verilişlərininolması və ora qonaqların dəvət olunması normal görünmür. Burda nəsə var. Məninanmıram ki, dövlət proqramında onlara bu qədər – 24 saat şərait yaradılıb. Tamaşaçıvə televiziya adamı kimi deyə bilərəm ki, bu tip verilişlərin normadan artıqolması artıq bazar açmaqdır. Amma bu sualın dəqiq cavabını hüquqşunaslar verəbilər, televiziyada çalışanlar yox.



Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoruVasif İsmayıl


Bunun səbəbiçox sadədir. Reklam bazarı kasad olduğu üçün həkim və xəstəxana reklamından pulqazanılır.



Hüquqşünas Rüstəm Hacıyev:


- Hesab edirəmki, ölkəmizə gətirilən dərmanlar yalnız Səhiyyə Nazirliyinin lisenziyası vəxüsusi razılığı əsasında reklam oluna bilər. Lakin biz bu gün bunun əksinigörürük. Xüsusilə televiziya kanallarında müxtəlif xəstəliklərin müalicəsi iləbağlı dərmanlar reklam olunur. Və həkim məsləhəti olmadan hər hansı birpereparatın qəbul olunması insan orqanizmi üçün hansı fəsadlar törədə biləcəyinəzərə alınmır. Bildiyim qədər bu tip reklamların nümayiş olunması qadağanedilib. Buna baxmayaraq, nəinki dərman reklamları, hətta ara həkimlərinin təbliğibaş alıb gedir. Fikrimcə bu cür hallar yolverilməzdir.