adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Sentyabr 2021 09:33
626
SAĞLAMLIQ

Həkimlər “Pfizer” peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı həkimlər “Pfizer”/“BioNTech” şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmada  18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlər məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət ediblər.

Qeyd edək ki, Yaponiya bir müddət əvvəl “Moderna” vaksinlərinin tərkibində də yad cisimlər aşkar etmişdi.