adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Mart 2021 13:52
19236
MƏMLƏKƏT

Həkim Rauf Qasımov: “Açıq havada maska taxmağın tərəfdarı deyiləm”

Açıq havada olan zaman 2 metr məsafədə adam yoxdursa, maskasız gəzmək olar.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

“Açıq havada ətrafda kiminsə olmadığı müddətdə maska taxılmasının tərəfdarı deyiləm. Lakin karantin tədbirləri çərçivəsində qəbul edilən qaydalara əsasən, maskadan istifadə edilməlidir. Çünki insanlar bir-biriylə bir çox yerdə qarşılaşa bilərlər və onlar arasında virusa yoluxmuş hansısa şəxs olarsa, 1 və 1.5 metr məsafədə digərlərinin də yoluxma ehtimalı olar”, - deyə o bildirib.