adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Iyun 2017 12:32
75333
MÜSAHİBƏ

"Həkim anama deyib ki, bu uşağın böyük gələcəyi var" - MÜSAHİBƏ

getdik, gördük atamız 
çoxdan ölüb... 
anamız evimizlə bərabər qocalıb, əldən düşüb.
bacılar gəlin köçüb, evlənib qardaşımız
həyət də ağaclardan, ağac da güldən düşüb...




Bu misraların müəllifi şair ƏsədQaraqaplandır. Ədəbi mühitdə tanınan gənc yazarlardandır.Özünəməxsus yumor hissi olan qələm sahiblərindəndir. Bir neçə kitabın müəllifidir. Əsədbəyin həm də bu gün doğum günüdür. Şairi təbrik edir, yaradıcılıq uğurlarıarzulayırıq!

Adalet.az şair ƏsədQaraqaplanla müsahibəni təqdim edir.


-Freydin fikridir, insanlar daim iki şeyhaqqında düşünürlər: seks və dahi olmaq istəyi. Sən daha çox nə haqda düşünürsən?

-Universitetdə oxuyanda dəyərverdiyim müəllimlərdən biri bir gün bütün qrupa belə sual verdi: "Həyatda ənədalətli şey nədir?” O vaxt qrup yoldaşlarımdan bu suala müxtəlif vəqeyri-müəyyən cavablar gəlmişdi. Onda uzun müddət düşünmədən, inistink olaraq sualabelə cavab vermişdim: "Həyatda ən ədalətli şey ölümdür”. Uzun müddətxoşbəxtliyin, daha doğrusu, mütləq xoşbəxtliyin nədən ibarət olduğunudüşünmüşəm. Yaşadıqlarımdan, gördüklərim və duyduqlarımdan belə anladım ki,mütləq xoşbəxtlik yalnız orqazm anında olur... İnsan həyatı boyu əsasən iki şeyhaqqında düşünür: Seks və Ölüm. Təbii ölümün də bir "orqazm” – rahatlamaolduğunu düşünsək, əslində, insan həyatının bütün əsas çabalarının seks vəölümə – orqazma görə olduğunu anlayarıq. Yəni insan həyatı əsasən seks və ölümə– ölümsüzlüyə görədi. Sufilərin o məşhur üç sualında –"Mən kiməm? Hardan gəlmişəm? Haragedəcəm?”– olduğu kimi,bizim "hardan gəldiyimiz” Seks, "hara gedəcəyimiz” də Ölümdü. "Kimliyimiz”sekslə ölüm arasında ölümsüzlüyü axtarmağımızdı, məncə.


-Kənd, yoxsa şəhər?

-Kənd. İnsan öz yuvasındankənara çıxmamalı – öz elindən-obasından. Hər kəs öz doğulduğu yerdə – doğulduğuyuvada xoşbəxtdir. Uzun illərdir evimizdən uzaqdayam. Bunu sonra anladım ki,insan çıxıb getməyi bacarmayan varlıqdır. O çıxıb getdiyində hər şeyi və hərkəsi satar – xəyanət edər. İnsan getmədiyində daha çox özü olar, daha çoxruhuna sadiq, daha çox varlığını və kimliyini qoruyar. Mən də getdim, mən dəxəyanət etdim. Xəstəlikli bir sevgiylə buranı sevir, tərk edib gedə bilmirəm. Hərşey nə qədər üstümə gəlsə də, bundan ötəsində belə sahib olduğum yerə – varolduğum məkana xəyanət edə bilmirəm. Burdan çıxıb getmək mənə cəhənnəmistisindən çıxıb dəhşət bir soyuğa düşmək kimi gəlir. Elə bilirəm hara getsəm,kiminlə olsam, əllərim çox üşüyəcək, ruhum heç bir yerdə qərar tutmayacaq. Haragetsəm, xəyanət elədiyim yuvamın ahı məni izləyəcək gecə-gündüz. Bəli, yanlışanlamayın, soysuz biriyəm mən. Sıradan bir kəndçiyəm. Sadə fəhlə ailəsindədoğulmuş bir uşağam.


-Bir az uşaqlığınızdandanışın...

-Mən bacımla əkizəm. Dünyaya ikisaat fərqiylə gəlmişik – birinci mən, sonra bacım. Mamam deyir ki, bacım onunbətnində həmişə sakit dayanar, mən isə hey çabalayar və təkmələyərmişəm onu.Hətta bir dəfə onu necə təkmələmişəmsə, dözməyib qarnına bir yumruq ilişdiribki, a bala, sakit dayan. (gülür) Dünyaya gələndə ölü doğulmuşam. Anam demiş:gömgöy, qapqara. Həkimin iki sərt şilləsindən sonra ayılıb dünyaya qayıtmışam.Yeddi aylıq olanda yaman xəstələnmişəm, qızdırmam qalxıb. Atam da məni möhkəmbüküb ki, tərləyim, soyuqdəyməm çıxsın. Bir də görüblər ki, rəngim solub, halımözümdən gedib. Anam qışqırıb ki, ay Yadi, uşaq öldü. Tez üstümü açıb havayaçıxarıb və ondan sonra özümə gəlmişəm”.

İki yaşım olanda ikinci bacım(12 yaşı vardı) məni eyvandan həyətə (təxminən iki metr yarım hündürlükdən)"çiş” tutmaq istəyəndə başı gicəllənib, əlindən betonun üstünə düşmüşəm. Evdəbacılarım və anam çığır-bağır salıblar ki, bəs uşaq öldü. Elə bu vaxt mənimiməkləyə-iməkləyə pilləkanları çıxdığımı görəndə hamısı dəhşətə gəlib.

Üç yaşım olanda təndirxanamızınarxasına yığılmış butulkaları daşla vurub sındıranda bir şüşə parçası gəlibköynəyimdən içəri düşmüşdü. Axşam evdə dördüncü bacım köynəyimi çıxaranda şüşəbirbaşa alnımı kəsir. Sifətimi qan götürür. Birtəhər bağlayıb sarıyırlar. Sonrahəmin yara öz-özünə sağalmışdı: həkimsiz-zadsız. İndi alnımdakı çapıq o vaxtdanyadigardı. Özlüyümdə ona ad da qoymuşam: "Tanrının imzası”.

Hər dəfə məni çimizdirəndəböyük qardaşım barmaqlarını qayçı şəklində göstərir, yəni məni çimizdiribsünnət elətdirməyə aparacağıyla qorxudurdu. Beş yaşım olanda bir gün məniçimizdirəndə yenə eyni şey elədi, ama bu səfər ona inanmadım. Çünki həmişə belədeyirdi, ancaq yalan çıxırdı. Tərslikdən həmin gün məni xəstəxanaya apardılar.Atam könlümü almaq üçün mənə yolda bir oyuncaq kamaz da aldı... Həmin gün dəqiqyadımdadı; həkimlər məni otağa aparanda atamın da gəlməsini istəmişdim, ammademişdilər ki, atan sənə dondurma almağa getdi. Atam xəstəxanaya girəndə birazəsəbləşdi, çünki gördü ki, mən dəhlizdə "kamaz”ıma ip bağlayıb sürürəm. Əsəbihalda həkimlərdən soruşdu ki, bəs siz bu uşağı sünnət eləməyibsiz? Həkimlərdeyib ki, eləmişik. Onda atam dəhşətə gəlmiş, həkimlərdən biri isə anama deyibki, bu uşağın böyük gələcəyi var.


-Savaş, yoxsa sevgi?

-Savaş və sev. Məncə, dünyada ən gözəl şey müharibədir, çünki ordainsanlar səmimi-qəlbdən ölürlər. Heç kim onları ölməyə məcbur etmir. Nə qədərqorxaq olsa belə, insan müharibədə cəsarətlənir, sanki ömründə bircə dəfə olsada, ölümü yenəcəyini düşünür. Və orda ölənlər gerçəkdən ölümü yenmiş adamlarolurlar.

Yoxsa sülh şəraitində adamlar daha çox saxtakar, daha çox oyun oynamaqüçün imkana, vaxta, düşüncəyə sahib olurlar. Ölümün onları çox uzaqdagözlədiyini düşünərək başqalarının, daha doğrusu, özlərinin başına min oyunaçır, pislik eləmədən bir yerdə dayana bilmirlər.


-Dostoyevski, yoxsa Tolsoy?

-Əlbəttə, Dostoyevski. Bu eybəcər dünyada böyük əsərlər yaradanlardahilər yox, axmaqlar olublar. Hamısı ya ruhi xəstə, ya kompleksli, ya dahomoseksual olub. Hansı dahiyə baxırsan sadəcə bir axmaq görürsən. Nə qədəronlara haqq qazandırmağa çalışsan da, sonda gəlib yenə xəstəliyə tapınırsan.