adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Mart 2017 11:41
205344
RUBRİKA

"Hekayələrimi yuxuda yazmışam" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Freyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Freydə görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı yazıçı Pərviz Cəbrayıldır. Adalet.az müsahibəni təqdim edir:


- Freydə görə,yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Freydin "Yuxu yozumu”nu oxuyanda ilk müşahidəetdiyim bu oldu ki, əslində, xalqların yuxuyozumları heç də boşuna deyil,elmi-nəzəri əsaslara dayanmasa da, upuzun təcrübəyə dayanır və heç də tam əsassızdeyil. Əsrlərin sınağından keçib, gerçəklik payı da kifayət qədərdi. Sadəcə,bir fərq var, bütün yuxuyozmalar gələcəyə, Freydin yozumu isə keçmişə yönəlikdi.Freyddə keçmiş və indi, xalq yozumunda isə indi və gələcək yer alır. Birikeçmişdə baş vermiş olayların nəticəsidi, biri gələcəkdə baş verəcəklərin müjdəçisivə ya eləcə, xəbərçisi. Mənə görə, həqiqət heç birində deyil. Belə deyək də,xalq yuxuyozmaları tezisdi, Freyd antitezis. Deməli, sintez lazımdı. Yəni,Freydin bəzi yozumlarını oxuyub həqiqətən heyrətə gəlirsən. Nevrozlarınsublimasiyası rakursundan dəhşətdi. Eləcə də xalq yuxuyozmalarında da heyrətamizçinçıxmalar var. Öz təcrübəm də məni hər ikisinə (eləcə də bunun natamamizahını da hardasa Freydin fikirləri ilə xalq fikirləri arasında bərabərpaylaşdırmaq olar) sayğıyla yanaşmağa məcbur edir.


- Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

- Yox, yuxuya görə heç bir plan qurmuram. Amma təcrübəmməni gözdə-qulaqda olmağa səsləyir.


- Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

- Xeyr. Sadəcə, yuxunun məzmununa və süjetinə görə,yəni indiyə və gələcəyə, yoxsa keçmişə və indiyə aid olmasını dərhal müəyyənləşdirirəm.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Mistik deməzdim.Amma yuxunun informasiya daşıdığına inamım var. Hansı zamana aid olur-olsun.Yuxular bəzən əks simvollarla (Freydizmdə, eyni zamanda xalq yuxuyozmalarındaolduğu kimi – adətən nə deyirlər: yuxular əksinə yozulur), bəzən maskalanmamışşəkildə görünür. Məncə, insanın bir az bəsirət gözü də olmalıdı, yaxudintiusiyası ki, "oxuya” bilsin.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Yuxular bütün hallarda, belə demək mümkünsə,elə çindi. Susuzsansa, yuxuda çay görürsənsə, ya doyunca su içirsənsə,hansısa nevrozun varsa, bir obrazla o sublimasiya olunursa, ya nəsə sabah haqdadüz çıxırsa. Yəni yuxunun yalan tərəfiyoxdu. Deyə bilərsən ki, bəzən yuxuda heç dəxli olmayan şeylər görürük,onların gerçəkliklə nə əlaqəsi? Bəli, elədi ki, var. Həyatımızda da bizə dəxliolmayan hadisələr, adamlar çıxır qarşımıza. Görürük və keçib gedirik. Yuxu daeləcə. Bəzənsə yuxumuz sürreal olsa belə, kökü gerçəyə dayanır. Yuxunun gücü bəlkədə zamanların bir araya sığmasıdı. Ya da lap belə deyək, şüurun yuxuda zamantuneli sirrinə vaqif olması. Hesab eləyək ki, Eynşteynin dediyi kimi, biz üçzamanı eyni anda yaşayırıq. Ancaq o zamanları, o olayları ki, bizim şüurumuzgörür, yaddaşına köçürür və tutaq ki, sabah olacaq hər şeyi (ki, şüur artıq onugörüb) bizə yuxuda xatırladır. Bəzən obrazlarla, rəmzlərlə olsa da. Yəni şüur sabah(gələcəkdə) yaşayacağımızı, ki onu artıq gələcək zamanda yaşamışıq, götürübbugünkü yuxumuza atır. Bir az da sanki, ya bəlkə zamanı səhv salır. Həminzamankı yuxumuzun əvəzinə iki il əvvəlki yaşımızın yuxusuna atır. Yəni indiki.


- Həyatınızdagördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Ən gözəl yuxum, daha doğrusu, yuxularım "Öləngi”kitabımda yer alan "Kilkə” silsiləsindən 6 hekayəmdi.Əslində, 7 idi və sonuncusu "Yad dildə” idi. Onu kitabdan çıxardım, sonradan daroman oldu. Amma dəhşətli dərəcədə çinçıxan yuxularım var həyatla bağlı. Bu məsələdə ümumiyyətlə özümü adilərdənaz da olsa, fərqli biri kimi tanıyıram... O 6 hekayə isə mənə yuxuda yazılmaqüçün verilib, sözbəsöz, cümləbəcümlə, film kimi, bitən kimi də yuxudan ayılmaqkomandası verilib, "di dur, köçür”, - deyilib. Mən də icra etmişəm. Amma mənanıçıxarıb hekayəni işləməyi özümə həvalə ediblər.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar.Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Bu haqda heç nədeyə bilmərəm. Yuxularım həyat rəngindədi.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Atamı... O gedəlihər gün... Nədən yuxu görürəm-görüm, fərqi yoxdu, o da orda olur.


- Yunan filosofuHeraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək birdünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onuniçində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Onsuz da biz tək birdünyada ayrı-ayrı aləmlərdə yaşayırıq.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxular həqiqətə çatdırmır. Yuxular elə həqiqətdi.Ancaq paradoksal həqiqət. "Çuanq-szı” saqasında olduğu kimi:

"Bir dəfə yuxuda gördüm ki, kəpənəyəm, indi isəyuxusunda kəpənək olduğunu görən Çuanq-szı, yoxsa röyasında Çuanq-szı olduğunugörən kəpənək olduğumu bilmirəm”.