Həftəsonu bu rayona getmək istəyənlərin NƏZƏRİNƏ
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.
Bu barədə Adalet.az-a ADY-dən bildirilib.
Belə ki, 10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 21:25-də çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır.
Digər Xəbərlər
20 Mart 2026 14:04
Qazaxıstan AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizaları əldə edib
20 Mart 2026 12:59
İrandan Azərbaycana təxliyə edilənlərin sayı məlum oldu
20 Mart 2026 09:52
"Gec-tez razılığa gələcəklər" - Allahşükür Paşazadə regiondakı müharibədən danışdı
20 Mart 2026 09:30


Bakı -°C

