adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Avqust 2020 12:40
14838
MƏMLƏKƏT

Həftəsonları ictimai nəqliyyatın hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ

"Hazırkı göstəricilərə görə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti bərpa oluna bilər”, - deyə o qeyd edib.