adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2019 08:19
78087
MÜSAHİBƏ

"Heç vaxt planlı iş görməmişəm"

Könül xanım xoşgördük sizi, necəsiniz?

- Çox sağ olun yaxşıyam, sizi də xoş gördüm, xoş gəlmisiniz.

Maşallahyaxşı gördük sizi, bir az özünüzdən danışın. Özünüzü təqdim edin.

-Təşəkkür edirəm yaxşı gününüz olsun. (gülür) Adım Könül, Bakı şəhərində anadanolmuşam. İdmançıyam, 2015-2017 ci illərdə Paurlifting idman növü üzrəyarışlarda dəfələrlə birinci yerə layiq görülmüşəm, idman ustası adınıqazanmışam. Uzun müddət məşqçi vəzifəsində çalışmışam, hal-hazırda da işimidavam etdirirəm.

İdmandemişkən, son illər sizi yarışlarda görmürük bu nə ilə bağlıdır, sağlamlıq iləbir əlaqəsi varmı?

- Düzdürson iki il olar ki, yarışlarda iştirak etmirəm, ümumiyyətlə bu illər ərzindədemək olar ki, idman sahəsindən uzaq düşmüşəm. Xeyir sağlamlıqla bağlı heç bir əlaqəsiyoxdur, şükürlər olsun hər şey yaxşıdır. Sadəcə olaraq şəxsi məsələlərlə bağlıhəm də, bir müddət başqa sahədə çalışmağımla əlaqədar olaraq idmandan uzaqdüşmüşdüm. Çox şükür yenidən idman sahəsinə qayıtmışam, sevdiyim işinbaşındayam (gülür).

Eşitmişikyeni zal açmısınız "Qadın İdman Klubu”. Xeyirli uğurlu olsun.

- Bəlielədir ki, var gördüyünüz bu zaldı. Adından göründüyü kimi "Qadın İdman Klubu”sırf qadınlar üçündür. Burada qadınlar trenajor, hovuz, türk hamamı, sauna,masaj, gözəllik salonu, istirahət otağı kimi xidmətlərimizdənyararlanırlar.Qadınlar özlərini rahat hiss edə biləcəkləri bir abu hava yaratmışıq.

Çoxgözəl bir şərait yaratmısınız, xeyirli olsun. Qadınlarla işləmək çətin deyilki?

 -Çoxsağ olun (gülür) Qadınlarla işləmək həm çətin, həm maraqlı, həm də məsuliyyətlidir.Əslindəqadınlarla işləmək elə də çətin deyil, sadəcə olaraq bəzi xanımlarımız var ki, onlarçox kapriznidilər. Yeni belə deyək də, o bəzi kaprizli xanımlar evdə, ailədəyoldaşlarının yanında öz xarakterlərini tam olaraq göstərə bilmirlər çəkinirlər,özlərinə məxsus olan müəyyən xarakterlər var ki, onlar qapalı saxlayırlar, gizlədirlərözlərində. Amma,bax belə özlərini tam rahat hiss edə biləcəkləri bir mühitə düşəndəo özlərində boğub saxladıqları xarakteri, kaprizi bizə göstərirlər. (gülür)

-  Birməşqçi kimi tələbələrlə işləyərkən ən çox rast gəldiyiniz hansı məqamlar olur?

- Çoxmaraqlı sualdı (gülür) bu suala çox geniş formada cavab verərdim. (gülür) ənçox rast gəldiyim məqamlardan biri odur ki, məşqə gələn bəzi adamlar sifarişverirlər, elə bil qarşılarında məşqçi yox, hansısa bir foksiyor dayanıb(gülür). Sifariş verirlər ki, "bədənimin filan yeri arıqlasın, bu tərəfim biraz belə olsun, o tərəfim helə olsun (gülür) Məncə belə hallarla trenerlər çoxtez-tez rastlaşırlar. Məhz bu məqamı izah etməyə çox çətinlik çəkirik, yəni nəqədər desək, izah etsək də xeyri olmur, sanki narazı qalırlar məşqçidən. İzahedirəm ki, insan olaraq, canlı olaraq biz bütöv bir bədən şəkilindəyaradılmışıq, bədənimiz ayrı-ayrı hissələr şəklində yaranmayıb ki, biz istədiyimizyeri istədiyimiz formaya salaq.Kökəlsək də bütün bədənolaraq kökəlirik,arıqlasaq da bütün bədən olaraq arıqlayırıq. Olur sual verilər ki, kökələndə bədənimdəbirinci hər hansısa bir nayihədə kökəlmə gedir və yaxud da əksinə, arıqlamaprosesində birinci filan nayihələrim arıqlamağa başlayır bu niyə belə olur?Cavab verirəm ki, hərənin ayrı-ayrı genetikası var, bədən quruluşu, həyat tərzivar, xüsusi olaraq metabalizmin iştəmə sürəti deyilən bir anlayış var, onauyğun olaraq bədənin bəzi hissələri göstərilən hər hansı bir təzyiqə tez və yagec reaksiya verir.

Qarşıdanə kimi planlarınız var?

-Qabaqcadannəyisə planlaşdırmaq mənə düşmür. Heç vaxt planlı iş görməmişəm, yəni hər hansıbir iş barədə və yaxud nəsə etmək barədə sadəcə düşünmüşəm plan hazırlamamışamki, bunu elə edim, belə edim planlı şəkildə istədiyimə çatım. Qabaqcadan planlaşdırdığımheç bir işə sahib olmuram. Əgər nəyisə istəyirəmsə onu Allahdan istlyirəm,Allah məsələt bildiyi anda istədiyimi daha artıqlamasıyla verir.

Allahdanən böyük sitəyiniz nədir?Sirr deyilsə.

-Allahdanən böyük istəyim can sağlığıdır və günahlarımın bağışlanmasıdır.

Günahlarınızçoxdurmu?

- Heç kim ideal deyil tək günahsız olan varlıqAllahdır. Hər birimizin bilərəkdən bilmiyərəkdən etdiyimiz kiçik, böyükgünahlarımız var. Kimin nə qədər və hansı günahları olduğunu Allahdan başqa bilənyoxdur, məhz ona görə varsa da, yoxsa da Allahdan günahlarımın bağışlanmasınıistəyirəm həmişə.

-  Bəs sizi bir daha yarış səhnələrində(meydanlarında) görmək kimi şansımız varmı?

Düzünüdesəm hal-hazırda yarış barədə düşünmürəm, buna fiziki olaraq vaxtım yoxdur müəyyənişlər var ki, başım onlara qarışıqdı. Amma, həyatdı məni bilmək olmaz bir dəgördüz yaraşdayam. (gülür)

Səmimi müsahibəniz üçün çox sağ olun Könül xanım,qonaq pərvərliyiniz üçün də sizə xüsusi təşəkkürümü bildirirəm. Sonda bizəsözünüz...

- Çoxsağ olun mən də sizə öz təşəkkürümü bildirirəm, hər zaman məni diqqət mərkəzindəsaxlayırsız, unutmursuz. Sonda bütün Azərbaycan xalqını, başda cənab prezidentİlham Əliyev və onun ailəsini qarşıdan gələn Novruz bayramı münasibəti ilə səmimiqəlbdən təbrik edirəm. Ölkəmizə sülh əminamanlıq,xalqımıza ruzi bərəkət arzu edirəm. Sizin də bayramınızı təbrik edirəm. Sağolun