“Heç kim qardaşlığımıza zərər yetirə bilməz” - Binəli Yıldırım
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin eyni tarixi, mədəni, dini, mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini deyib. Parlamentlərarası əlaqələrimiz də durmadan inkişaf edir, qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.
Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. İndiyədək iki ölkə arasında 210-dan çox sənəd imzalanıb. Bütün bunlar dövlətlərarası münasibətlərə müsbət təsir göstərən amillərdir.
Baş nazir Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrindən danışıb. O qeyd edib ki, Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP layihələri buna parlaq misaldır. Azərbaycanı və Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim dostluğumuza, qardaşlığımıza zərər yetirə bilməz.
Digər Xəbərlər
04 May 2024 14:08
İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20