Həccdə dünyasını dəyişən zəvvarların sayı 1 300 nəfəri ötüb - YENİLƏNİB
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 300 nəfəri keçib.
Adalet.az xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacel bildirib.
“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib, onlardan yalnız 31 nəfərinə xüsusi viza verilib.
Nəticədə qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və yoxlama məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. İstilər zamanı isə zəvvarlar müxtəlif səbəblərdən dünyasını dəyişiblər.
***21:46
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 100-ü keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.
Adalet.az xəbər verir ki, bu barədə TASS-a bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələr məlumat verib.
Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.
Hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adam itkin düşüb.
Əvvəllər 800-dən çox itkin düşmüş şəxs haqqında məlumat verilib, onların çoxu sonradan yaxınları ilə əlaqə saxlayıb.
Digər Xəbərlər
30 Sentyabr 2026 18:41
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
30 Sentyabr 2026 18:10
Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə etdilər
30 Sentyabr 2026 17:59
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" - Putin
30 Sentyabr 2026 16:15
Peskov: Buna nüvə ilə cavab veriləcək!
30 Sentyabr 2026 15:32
Pilot həmkarını bıçaqlayıb, təyyarəni yerə çırpmaq istəyirmiş - VİDEO
30 Sentyabr 2026 13:57
ABŞ-İran danışıqları nəticəsiz qalmaqdadır
30 Sentyabr 2026 12:10
"ABŞ və İsrail İranda daxili parçalanma yaratmağa çalışırlar" - Pezeşkian
30 Sentyabr 2026 11:17


Bakı -°C

