"Heç sovet dövründə bu gözəllikdə yol olmayıb" - İlham Əliyev

Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib.
Dövlət başçısı, həmçinin qeyd edib: “İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir”.
Digər Xəbərlər

Faşizm üzərində Qələbənin 80 illiyidir

DTX və DSX-dən birgə əməliyyat - saxlanılan var

Xəstə yığını: Qatilə həsr olunmuş “Sonuncu general” filmi və "Şuşi qələbəsi"

May ayının pensiyaları ödənildi

Türkiyəli nazirdən “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım - VİDEO

Erməni xəstəliyinin şiddəti: Mikaelyandan 8 may münasibəti ilə təbrik

"Bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub" - Kamran Əliyev
