adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Avqust 2017 10:19
14382
DÜNYA

Həbsxanada iğtişaş - 37 nəfər öldü

Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 37 nəfər ölüb.

Bu haqda Adalet.az Reuters agentliyinə istinadən xəbər verir.

Venesuela Təhlükəsizlik Xidmətinin Puerto-Ayakuço şəhərində həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb.

Nəticədə qanlı toqquşmada 37 dustaq ölüb.

Polis əməkdaşları arasında itki barədə məlumat verilmir.(modern.az)