Hava limanını partlatmaq istəyən şəxs yaxalanıb
Türkiyənin Antalya şəhər aeroportunun təhlükəsizlik xidməti hava limanını partladacağı ilə hədələyən şəxsi yaxalayıb.
Bu barədə "Haberturk" telekanalı məlumat yayıb.
Sözügedən şəxs aeroportda yoxlamadan keçən zaman üzərində partlayıcı qurğunun olduğunu bildirərək qışqırmağa başlayıb. Kişi dərhal yaxalanıb.
Telekanalın məlumatına görə, saxlanılan şəxs Suriya vətəndaşıdır.