Haqqı nahaqqa qurban verməsə idik - Vüqar Abbasov yazır

Əgər biz zamanında
- Orta məktəbdə övladımıza pulla, hədiyyə ilə qiymət yazdırmasa idik,
- Övladımızı ali məktəblərə pulla düzəltməsə idik,
- Ali məktəbdə imtahanları pulla yazdırmasa idik,
- Övladımızı pulla işə düzəldib, önə çıxardıb haqq edənin yolunu bağlamasa idik,
- Yaltaqları deyil, haqq edənləri irəli çəksə idik,
- Milləti, dövləti çapıb talayanlara deyil, zəhməti ilə çörəkpulu qazananlara hörmət etsə idik,
- Bizdən oğurlayaraq zəngin olanları görəndə qabağına qaçmasa idik,
- Yaltaqlara deyil, düz bildiyini deyənlərə hörmət etsə idik,
- ***
- Haqqı nahaqqa qurban verməsə idik
Hər şey fərqli ola bilərdi. Bütün narazı olduğumuz məqamların əksəriyyətinin səbəbkarı özümüzük; mən, sən, o, bir sözlə, biz. Çox sevdiyim və dəfələrlə burada paylaşdığım bir deyimi yenidən paylaşıram.
Bayron: “Topladığım böyürtkənlərin hamısını mən öz əlimlə yetişdirmişəm. Onları yığarkən, əkdiyim böyürtkənlər əllərimi yaralayır və qanımı axıdırlar. Mən əvvəldən bilirdim ki, əkdiyim bu ağac hansı meyvəni verəcək.”
P.S. Təbii ki, hamıya aid deyil, ancaq aid olmayanlarımızın sayı azdır.