adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Iyun 2020 11:49
54651
ƏDƏBİYYAT

HAQDAN GƏLƏN ZİYA - Mahmud Qacar yazır

...Yaxınlarda, günəşli, ilkbahar nəfəsli ilıq bir qış günündə "SANAM ASSOSİASİYASINA üz tutdum.Üstünə xəstə apardığım sədaqətli alim-loğman dostum eşidəndə ki, mən gəlmişəm(gəlişimi ona istedadlı gənc mütəxəssis Bəhruz həkim xəbər vermişdi) təciliyanına, iş otağına dəvət etdi. Adəti üzrə, çox səmimi öpüşüb-görüşdük. "Çoxdandır ki, görüşmürük,darıxmışam, nə yaxşı ki, gəldin, yaxınlarda açıq ürək əməliyyatı keçirmişəm, gələvvəlcə buradakı parka gedək, bir az piyada gəzişib söhbətləşək...– dedi. Belə də etdik. Üstünə xəstə apardığım təbiət,poeziya və musiqi vurğunu olan bu sevimli loğmanı əvvəlcə yeni poetik məlhəmimləmən "müalicə etməli oldum. Poetik misralarımla onu qəlbən, ruhən tamarzı qaldığısevimli Ulu yurda, bu dönüşə, gəlişinə sevinib, qanadlanacaq yerlərə apardım. Xəyaləngördü – "Quşlar xəbər yayarlar – dostu belə sayarlar, görən dedi: qayalar canbirdoğman imiş ki... Çöhrəsində ulu nur, hər çiçəyi, gülü nur, asanca dərk olunur –dağlar loğman imiş ki...

Əməliyyatdan sonra bir qədərsolğun görünsə də, bu məğlubedilməz cəsur insanın üz-gözünün nuru, işığı yenə əvvəlkikimi gur, hərəkətləri çevik idi, şux idi. Dəyişməz kişi sifətinə yaraşıq verənşirin xəfif təbəssüm yerində idi. Maraqlı söhbətini dinlədikcə gözlərim önündəniskilli, için-için göynəyən Ərgünəşin, Kirsin, Uludağın əzəməti canlanır,qulaqlarımda tanışkövrək misralar çeşmə pıçıltısı kimi səslənirdi:

Həzin bir nəğmədir ürəyimdəki –

Elə hey çağlayar, elə heydaşar.

Yarsan ürəyimi, asta gəz həkim–

Birdən bıçağına arzumdolaşar...

Sayılıb-seçilən nəslindənqaynaqlanan, doğulduğu torpağın şəfalı havasından – suyundan gələn möcüzəliilahi güc-qüdrət özünü göstərirdi. Hələ uşaqlıqdan təkcə dərs əlaçısı olması,kövrək barmaqlarıyla sevimli tarını dilə gətirə bilməsi ilə deyil, ailələrigüllü yaylaqda olarkən at çapmağı, xüsusilə ona isnişmiş gənc köhlənini şahəqaldırmağı bacarması, özünü sınamaq üçün ailəsinin gözündən yayınıb sükanarxasına keçərək maşını sərrast idarə etməsi və s. kimi öz ağıllı cəsarət vəriskləri ilə heyrətləndirməyi bacarıb. Bunları görən, bilən Füzuli rayonunun məşhurhəkimlərindən olan atası Cavanşir həkim, anası Rüxsarə xanım özünəməxsus şən,qaynar təbiətli böyük oğulları Calalla qürrələnir, onun uğurlu sabahına çoxinanırdılar.

Həyatının dərin qatlarınayaxından bələd olduqca onu kamilliyə doğru inamla getməyi bacaran çox cəsur, cəfakeşbir elm fədaisi, alovlu vətənpərvər kimi tanıyırıq. Keşməkeşli, şərəfli ömüryolu da bunu sübut edir.

Elmdə adına layiq cəh-cəlal yaratdı

Dosye: Kökünü bəy nəslindənalan, məşhur Qarabağın Əmirbəylilər nəslinin Ağakişibəylilər soyundan götürənCalal Cavanşir oğlu Ağakişiyev 3 mart 1949-cu ildə həkim ailəsində anadanolmuşdur. İlk təhsilini 1956-1966-cı illərdə Füzuli şəhər orta məktəbindəalmışdır. Ailə ənənəsini davam etdirərək, 1967-ci ildə N.Nərimanov adınaADTİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmininstitutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-ZöhrəviDispanserində orta tibb işçisi kimi çalışmış, 1975-1980-ci illərdə isə həmindispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.

Dermatologiya elminin sirrlərinədərindən yiyələnmək həvəsilə 1975-ci ildə Moskva şəhərinə gəlmiş, təhsilinidavam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-ZöhrəviXəstəlikləri İnstitutuna məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə"İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı vəneyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodlarıilə müalicəsi adlı namizədlik dissertasiyasını uğurla müdafiəetmişdir.



1981-ci ildə Ə.Əliyev adına Azərb.DHTİ-nindermatovenerologiya kafedrasına dəvət edilmiş və assisent vəzifəsinə seçilmiş,orada özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq,intizamlı və bacarıqlı bir kadr kimi tanıtmışdır. 1987-1988-ci illərdəkafedrada dosent, 1989-cu ildən isə kafedra müdiri kimi səmərəli fəaliyyət göstərmişdir.Apardığı çox aktual, dəyərli birgə eksperimental tədqiqatlar nəticəsindəixtiralara görə müəlliflik şəhadətnaməsi almış, 1992-ci ildə Moskva şəhərində "Neftayırma sənayesi məhsullarınınfəhlələrdə dəri patalogiyasının inkişafına təsiri və kompleks müalicə-profilaktikatədbirləri mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsialmışdır.

Onun rəhbərliyi altında Azərbaycandamövcud iqtisadi-sosial və epidemoloji vəziyyətlə bağlı zöhrəvi xəstəliklərinciddi artımı ilə əlaqədar 1994-cü ildən etibarən kafedranın elmi istiqaməti dəyişdirilmişvə yeni aktual bir mövzuda – "Cinsi yolla keçən xəstəliklərin yayılmasınaregional epidemioloji və sosial faktorların təsiri nəzərə alınmaqla, kompleksmüalicə-profilaktika tədbirləri proqramının işlənib hazırlanması istiqamətində mühüm işlərgörülmüşdür.

Son illər kafedradarespublikamızın müxtəlif regionlarında irsi və nadir rast gəlinən dəri xəstəliklərininaraşdırılması və müalicəsinə dair maraqlı tədqiqat işləri aparılmış, dəri vəzöhrəvi xəstəliklərinin terapiyasında təbii, qeyri-ənənəvi müalicə üsulları,fizioterapiya tətbiq olunmaqla, yeni, daha səmərəli metodlar işlənibhazırlanmışdır.

İstedadlı alim respublikamızınhüdudlarından kənarda keçirilən beynəlxalq konqres və simpoziumlarda dəfələrləmüxtəlif aktual mövzularda çıxışlar etmişdir. Dermatologiya üzrə nadir mütəxəsislərdənolan C.C.Ağakişiyev 200-ə yaxın elmi əsərin, o cümlədən 3 ixtiranın, 3monoqrafiyanın, 4 dərsliyin, 1 tibbi-terminalogiya lüğətinin müəllifidir. Səhiyyədəgöstərdiyi səmərəli xidmətlərinə görə 1991-ci ildə "Azərbaycan Respublikasının Əməkdarhəkimi fəxri adına layiq görülmüş, keçmiş SSRİ Tibb EA venerologiya üzrə ElmiŞura plenumunun, cinsi yolla yoluxan xəstəliklərə qarşı mübarizə aparan "SANAM assosiasiyasının, 1992-ci ildə Beynəlxalq TürkdilliDermatoveneroloqlar ECİH-nin, 1994-cü ildə isə Nyu-York Elmlər Akademiyasınınüzvü seçilmişdir. Əldə etdiyi yüksək nailiyyətlərə görə ABŞ Bioqrafiyaİnstitutu onu "2000-ci ilin adamı elan etmiş, İngiltərəninKembrinc Universitetinin beynəlxalq ordeniylə mükafatlandırılmış, bir çoxdiplomlar, o cümlədən "XXI əsrin tanınmış alimi Beynəlxalq diplomu ilə təltifolunmuşdur. O, Bakı şəhər Dermatoveneroloqlar Cəmiyyətinin ilk yaradıcısı və sədriolmuş, Ə.Əliyev adına Azrb.DHTİ HK-nin sədri, Respublika Dermatoveneroloqlar ECsədrinin müavini, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının üzvü, AttestasiyaKomissiyasının sədr müavini olmuşdur. Calal Cavanşir oğlunun rəhbərliyi altında4 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Calal Cavanşir oğlu yenilikçibir alim kimi sahədəki kəşfləriylə yanaşı, yüksək elmi potensiala, bilik vəbacarığa malik kadrlardan ibarət nümunəvi bir məktəb yaratmışdır. Bu məktəbinlayiqli yetirmələrindən olan tibb elmləri namizədi Almaz xanım Hacıyevanınfikrincə, "Calal müəllimin qeyri-adiliyi məhz digərlərinin görə və duya bilmədikləriniincə qəlbli, fəlsəfi düşüncəli, əxlaqi saflığı, yüksək estetik zövqü və ülvihissləri özündə birləşdirən bu şəxsin görə və duya bilməsindədir.

Sevilən-seçilən alim loğmanuzun illərdir ki, "SANAMassosiasiyası şurasının sədridir. Şöhrəti ölkəmizdənuzaqlarda da məşhur olan bu yüksək müalicə mərkəzində istifadə edilən ən müasiravadanlıq və cihazlar, burada çalışan həkimlərin yüksək hazırlığı, peşəkarlığı,pasientlərə həssas, qayğıkeş münasibət, təbii, qeyri-ənənəvi müalicə üsulları vəs. tibbsevərlərin qeyd etdiyi kimi, "insanları gündən-günə daha çox"SANAM müstəqil sağlamlıq mərkəzinə cəzb edir.

Cəmi bir gedişlə mat qoydu...

Respublikamızın tanınmışistedadlı alimlərindən olan Bəylər Hacıyev öz xatirə yazısında Calal həkimi "İnsanlığın brilliant qaşı adlandıraraq fərəh, iftixarhissi doğuran faktlara istinad edir: "Çox yaxından tanıdığım biramerikalı alim dostum neçə illər idi ki, ağ ciyər xəstəliyindən əziyyət çəkirdi.Öz vətənində bu insanın xəstəliyinin gedişini müxtəlif yol və vasitələrlədayandırmışdılar. Ancaq, necə deyərlər, bir tərəfini müalicə edib, o biri tərəfinəziyan vurmuşdular. Qəbul etdiyi güclü dərmanlar onun bədənində elə səpikilər əmələgətirmişdi ki, xəstə bundan həm fiziki, həm də mənəvi sarsıntı keçirirdi. Hər vəchləbunun qarşısını ala bilmirdilər. Bakıya gələndə mən ona Calal həkimin yanınaapardım. Onların danışığını mən tərcümə edirdim. Üzünə baxan kimi soruşdu ki,ağ ciyər xərçənginə qarşı müalicə almayıb ki? Heyrətdən dostumun gözləriböyüdü. Heç bir analiz aparmadan, görməzə-bilməzə bir baxışla o cür xəstəliyindiaqnozunu qoymaq, fəsadını açıqlamaq yəqin ki, adi hünər deyil. Calal həkimonun səpkilərini bircə həftəyə sağaltdı. Bir türk oğlu az qala mifə, əfsanəyəçevrilmiş Amerika təbabətinin mütəxəssislərini şahmat taxtası arxasında cəmibir gedişlə mat qoydu. Sağalacağından əlini üzmüş xəstəyə sağlamlıq, həyateşqi, ümid verdi, xalqının adına başucalığı yazdı. Halal olsun sənə, el oğlu!

"SANAM mərkəzində olarkən keçmiş Sovetlər itiifaqınınməşhur əmək qəhrəmanlarından birinin övladı, dərin hörmət bəslədiyim Telmanİmaş oğlu Məmmədovla görüşüb söhbət edərkən, o da xilaskar həkim haqqında,buradakı kollektiv haqqında ürək dolusu danışdı:

- Calal layiqli həkim, ata-ananınlayiqli həkim oğlu, yurdumuzun fəxridir. Onun cəbhə bölgəsindən olan xəstələrə,Qarabağ müharibəsi veteranlarına, məcburi köçkünlərə göstərdiyi təmənnasıztibbi xidmətlər, verdiyi səmərəli məsləhətlər heç vaxt yaddan çıxmayacaqdır...

Ailədə tarazlığın davamı

Ailə şərəfi bu nəsildə həmişə uca tutulub. Calal həkimailəsinə bütün varlığı ilə bağlanan gözəl ata, sədaqətli ərdir. Doğulduğu ailədəkimüqəddəs sayılan tarazlıq qurduğu ailədə də davam edir – ata da, ana da şəfakeşikçiləridir. Ali məktəbdə eyni qrupda oxuduğu Raidə xanımla elə birincikursdan ünsiyyət yaratmış, bu münasibətləri inkişaf edərək məhəbbətə çevrilmişvə ali məktəbi bitirdikdən sonra ailə həyatının qurulmasına səbəb olmuşdur.İşıqlı əməllərinə görə Uca Tanrı bu ailəyə iki layiqli oğlan övladı bəxşetmişdir. Ailənin böyük oğlu Ceyhun iki ali məktəb bitirərək iqtisadçı vəhüquqşünas ixtisası qazanmış, kiçik oğul Rəşid isə ABŞ-ın KolumbiyaUniversitetinin iqtisadi-siyasətin idarə edilməsi üzrə magistraturasınıbitirib. Ailə qurublar və hər ikisi də bu gün ata-anası kimi sevimli vətəninin,müstəqil dövlətinin inkişafına və çiçəklənməsinə xidmət edirlər.

Cəlal həkim elm-sənət üfiqlərinə doğru yüksəlişdə,qabiliyyətlərə səsləyişdə arzularına təkan verən ilk müəllimi olmuşata-anasını, Azərbaycanın görkəmli şəxsiyyətlərindən Əməkdar elm xadimi,professor Bahadur Eyvazovu, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimiolmuş Adil Cəbrayılbəylini, Bakıya gələn gündən ona və ailəsinə ana kimi məhəbbətvə qayğı göstərən alim-həkim xalası Məfkurə xanım Məhərrəmovanı, dayısı filosofƏdhəm Məhərrəmovu – hər birinə Allahdan rəhmətlər diləyərək daim sonsuz məhəbbətvə dərin ehtiram hissləri ilə xatırlayır.

Elmi özündən gələn Qadir Allah ailəsində hamının ağzıdualı, əməli pak olan bəndəsini – Calalını çox sevir. İstəkli nəvəsinin Ramazanayında dünyaya gəlməsini də bu istəyin sübutu, Tanrı mükafatı sayır. Adını nəvəsinəverməsi həm də sonda gələn nəvələrinə – "Atanız Cəlil olsun!– ənənəsinin davamı deməkdir.

Sabaha işıq saçan bu gözəlinsanı layiq olduğu ucalıqlara qovuşduran ali məqam, ali hiss – Tanrı sevgisibarədə söhbət düşəndə "əlbəttə, ən böyük loğman görklü Uca Tanrıdır,daim onun köməyinə, sevgisinə möhtacıq– deyərək bağışladığım "Sözüm var hələ kitabımı açaraq Tanrıya həsretdiyim "Qoru məni! şeirimdən bir parçanı özünəməxsus ifadəli avazlaoxumağa başladı:

...Qoru, məni sağaltmağa,

təzə həbin gücü çatmır,

daha tibbin gücü çatmır,

Görk elə ki, deməsinlər:

Uca Rəbbin gücü çatmır!..

Rəşadətli həyat yoluna, səmərəlifəaliyyətinə həsr edilən, sevənlərinin masaüstü qiymətli nəşr toplusuna çevrilən"Bir ömrün izi ilə kitabının "Dost səmimiyyəti bölməsində ilkin təqdimolunan proloq ruhlu yazımı burada epiloq kimi təqdim edirəm.

Epiloq və ya kəşf edilməmiş ürək

...Düşünürəm. Nə yaxşı ki,dünyada Calal həkim kimi, sözün əsl mənasında, yaxşı insanlar yaşayır, yoxsa,Nazim Hikmət demişkən, "...həyat ilan zəhərindən acı olardı.

Hamı üçün gərəkli, təravətli,mətin bir ömür yaşayan, dünya şöhrətli bu elsevər alimin alovlu qəlbinin hələ kəşfedilməmiş sehirli bir cazibə qüvvəsi var. Amma, Bermud üçbucağı kimi o qərqetmir, yaşadır, fərəh bəxş edir.

Həmin cazibə qüvvəsininyaratdığı müqəddəs duyğulardan süzülən bu poetik misraları ömrünün 71-cibaharına üz tutan sevimli Calal həkimə – bu müdrik loğmana ərməğan edirəm:

Gecə-gündüz amalının şamına

Pərvanətək sən can yaxdın, eytəbib!

Onu tufanlar da söndürə bilməz–

Ziyan haqdan gəlir, haqdan, eytəbib!

Tanrı cəlalına layiq varverib,

Müjdə sorağını uzaqlarverib...

Elmin yeni-yeni şirin bar verib,

Dərmisən əkdiyin tağdan, ey təbib!

70 illik şölələnən nurmusan –

Nə şərəfli bir keşikdədurmusan!

Sən taxtını ürəklərdə qurmusan–

Qalxan düşmür belə taxtdan, eytəbib!

Nə gözəl bar verir bitirdiklərin,

Özünü üstünə yetirdiklərin...

Həyatda çoxsa da itirdiklərin,

Küsmədin taledən, baxtan, ey təbib!

"And olsun zamana... deyibdi "Quran,

Sənət köhlənini çararaq həran.

Macal məqamını əzminlə, zorən

Qopara bilmisən vaxtdan, ey təbib!

Qurd yenə quzunu çəkir dişinə –

Dünyanın dolaşıq, gülünc işinə,

"Dahilərin ucuzyüksəlişinə

Gülümsəyib gendən baxdın, ey təbib!

Ata yurdun – ürəyinin özəyi,

Pak əməlin onun solmaz bəzəyi...

Ömrün coşğun dağ çayına bənzəyir–

Nə nəğməli, rəvan axdın, ey təbib!

Haqqımız var, haqqımızdan gücalaq,

Ulu dağa, Ərgünəşə ucalaq!

Gözlədiyin qələbəni tez çalaq –

Səsin gəlsin Qarabağdan, ey təbib!

Başı üstə ildırımlar çaxanda,

Yenə dağlar eli görsünyaxında,

Utanmayaq üzümüzə baxanda,

Üzübəri baxan dağdan, ey təbib!

Qüdrət deyilmi bəs, gücdeyilmi bəs,

Çeşmə ürəyində çağlayan həvəs?!

Onu tufanlar da söndürə bilməz–

Ziyan haqdan gəlir, haqdan, eytəbib!