adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
31 Yanvar 2017 13:00
29345
ƏDƏBİYYAT

Hansı yazıçılarımız pul müqabilində əsər yazıblar? - SORĞU

Bəzən birəsər populyar olur, xeyli oxunur, müəllifinə böyük şöhrət qazandırır. Sonra məlum olur ki,həmin əsərin müəllifi başqa birisi imiş. Məsələ isə çox sadə baş verib: həminadama pul müqabilində əsər yazdırıb və öz imzası ilə çap etdirib.

Bəs bizim yazıçılar necə, pulmüqabilində başqasına əsər yazıblarmı? Yazmayıblarsa, yazarlarmı?


Adalet.azbubarədə sorğukeçirib. Cavabları təqdim edirik.

Yazıçı Səfər Alışarlı pul müqabilində əsər yazmadığınıvurğuladı:"Doğrusu, heç belə təklifləmənə müraciət edən də olmayıb. Heç bir qələm əhlinə bu xidməti arzulamıram. "Mənyazmazdım” demək olmaz, Allaha xoş getməz belə danışmaq. Həyatda hər şey olabilər. Hər hansı bir yazar bu yolla öz çörəyini qazanırsa, demək, beləlazımmış. Əslində, bilirsinizmi, bu iş istər təklif edən tərəf, istərsə də icraedən tərəf üçün əsl sənətdən çox uzaq məsələdir, yəni onun olması insanların mənəviyyatınakülli halda xələl gətirə bilməz. Bu, mümkün deyil. Ona görə o işlə məşğulolanlara və onların sifarişçilərinə uğur arzulamaq kimsənin acığına getməz yəqinki...







Yazıçı VarisYolçuyev ssenarisini sərfəli qiymətə satdığını qeyd etdi: "Gəncliyimdə, 95-96-cı illərdə bir kinossenarimi Türkiyədəimzamdan imtina edərək olduqca sərfəli qiymətə satmışam. O ssenariyə 2 film dəçəkilib. İstedadının məhsulunu öz adı ilə maddi gəlirə çevirə bilməyən şəxsinbunu başqasına satması acınacaqlıdır, amma qəbahət deyil, məcburiyyətdir.







Yazıçı Pərviz Cəbrayılisə sorğuya qısa şərh verdi:"Söz namusdu.Dünyada haçansa klassik mənada bildiyimiz namus anlayışı ləğv olunub getsə belə,o, mənimçün ən azı sözdə heç vaxt qüvvəsini itirməyəcək.







Yazıçı Şərif Ağayarpul müqabilində heç vaxt əsər yazmaram dedi: "Yazsam da o əsərolmaz, başqa şey olar. Yaxudyazıbgörsəmki, məndeyənəsərdir, puladəyişmərəm. Ancaqkiminsə kitabını redaktə eləyəndə, bəzihissələritəzədənyazmışam. Odabədiiyox, publisistikkitablar, xatirələrolub. Demişəm, bir az abırlı çıxsın.”






Yazıçı Azad Qaradərəli 94-95-ci illərdə ailə vəziyyətinin ağır olduğunu dedi: "Qaçqın kimi məskunlaşdığımız bir dostun bağ evində yaşayırdıq. O zaman İsa İsmayılzadə (o bağ evini də o düzəltmişdi) rəhmətlik dedi ki, bir nəfərin bir qaralama səviyyəsində kitabı var, onu işləyərsənmi? Yaxşı da pul verir? Alıb kitabı baxdım. Gördüm ki, əslində bunu təzədən yazmalıyam. (Tarixi kitab idi) İki aya yazıb bitirdim. Xeyli pul aldım. Sonralar başqa təkliflər də olub. amma getməmişəm. Çünki qələmimə xəyanət etmiş olardım onda. Amma kiməsə bədii yazı yazmamışam. Bəzi dostların, gənc tələbələrimin yazı-pozusuna əl gəzdirmişəm, sadəcə bu qədər."




Şair Cəlil Cavanşirbildirir ki, tələbəlikillərimdə pulmüqabilində kursişi, diplomişiyazmışam: "Dahasonraehtiyacucbatındanbaşqaları üçünelmiməqalələr, publisistikkitab, namizədlikdissertasiyası yazmışam. Hətta, birnəfər üçünromandayazmışam. Dahadoğrusuyazdığı cızma-qaranı texnikiolaraqromana çevirmişəm, bədiiləşdiribəsərə çevirmişəm. Hekayə,köşə yazdığım da olub. Bütün bunlar təbii ki, ehtiyac ucbatından baş verib.Dünyada bu təcrübə geniş yayılıb. Bu işlə məşğul olanlara "ədəbiyyatqulları" deyirlər. Ehtiyac bir zamanlar məni də qul edib. Hazırda bu işləməşğul olmağa vaxtım yoxdur. Amma ciddi məbləğ təklif olunsa, yazdığım və çapetdirmədiyim romanlarımı, hekayələrimi sata bilərəm. Onsuz da cəfasını biz çəkdiyimizhalda səfasını başqaları görür. heç olmasa cibimə bir az pul görər."



Yazıçı Kənan Hacı ədəbinökərçiliyə həmişə pis baxdığını dilə gətirib: "Pul müqabilində kiminsə adından əsəryazmamışam. Amma deyirlər ehtiyac qul edər qəhrəmanı da. Yalançı qəhrəmanlıqgöstərmək lazım deyil. İndi təklifetsələr, yazaram. Çünki məcburam.