“Hakimlərə azı 10 min manat maaş verilməlidir” - Deputatdan təklif
"Azərbaycanda hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: "Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.
Q.Həsənquliyev qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: "Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir”.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00