Hakim partiyada 38 nəfər Paşinyana qarşı çıxdı
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası 2026-cı il parlament seçkiləri üçün namizədlər siyahısını müəyyənləşdirir. Partdiya daxilində namizədləri seçmək üçün səsvermənin birinci turu keçirlib.
Adalet.az xəbər verir ki, parlamentin “Vətəndaş müqaviləsi”ndən olan deputatı Arusyak Manavazyan bildirib ki, səsvermədə ümumilikdə 1028 nəfər iştirak edib və 932 etibarlı bülleten istifadə olunub.
Birinci turda 38 nəfərin Baş nazir Nikol Paşinyana səs vermədiyi barədə iddialara cavab verən parlamentin fraksiya katibi Artur Ovannisyan bildirib:
"Bəli, belə insanlar var. Biz demokratik partiyayıq, bu, Ermənistanın siyasi tarixində şəffaflıq və demokratiya baxımından görünməmiş bir hadisədir. Ümid edirəm ki, digər siyasi qüvvələr də buna bənzər tədbirlər təşkil edəcəklər".
Qeyd edək ki, üç günlük səsvermənin nəticələrinə görə, Nikol Paşinyan 894, Suren Papikyan 780, Gevorq Papoyan 765 və Ararat Mirzoyan 743 səs toplayıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək./Modern.az
Digər Xəbərlər
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16


Bakı -°C

