adalet.az header logo
  • Bakı -°C
01 Mart 2025 16:14
513
DÜNYA
A- A+

Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.

Adalet.az-ın  “Haber Global”a istinadən verdiyi xəbərə əsasən, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.

Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.

ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.