Hakan Fidan: İsrailin Fələstindəki hərəkətləri regional ekspansionizmə çevrilib

"İsrailin hərəkətləri Fələstin ərazilərindən kənara çıxıb və regional ekspansionizmə çevrilib".
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin "Əl-Cəzirə" və "Qatar TV" telekanallarına müsahibəsində deyib.
"Bu gün biz (Ərəb Liqası (ƏƏT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Qeyd) xarici işlər nazirlərinin iclasını keçirdik. Sabah liderlərimiz görüşəcək. Biz burada gördük ki, artıq məsələ təkcə Fələstinə və İsrailə aid deyil, bu, təkcə İsrailin Fələstini işğalı, Qəzzadakı soyqırımı problemi ilə məhdudlaşmır. Bu aspektlərlə yanaşı, hazırda məsələ İsrailin bölgədəki ekspansionizminə aiddir", - deyə Fidan bildirib.
Onun sözlərinə görə, İsrail ekspansionizmi məsələsi aydın formalaşdırıldıqdan sonra ərəb və islam ölkələri birləşməli və bu yeni problemin həllini tapmalıdır:
"Bizim regional təhlükəsizliyimiz daha güclü institusional təməl üzərində qurulmalıdır. Regionda heç kim heç kimə təhlükəsizliyə təhdid yaratmamalıdır. Lakin İsrailin indiki aqressiv siyasəti bütünlüklə buna yönəlib (regional dövlətlərə təhdidlər - Qeyd). Əmin ola bilərsiniz ki, bu gün keçirdiyimiz nazirlərin görüşündə bu məsələlər geniş müzakirə olunub və sabah liderlərin görüşündə də qaldırılacaq", - XİN rəhbəri qeyd edib.
Digər Xəbərlər

Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki... - Tramp

Zelenski: "Ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına zərbələrdir"

Polşa ərazisində NATO qüvvələrinin yerləşməsinə İCAZƏ VERDİ

Qətərin Baş naziri: İsrailin addımları Qəzzanın həlli ilə bağlı səylərə mane olmayacaq

Türkiyə nüvə reaktorlarının tikintisi üzrə milli layihəyə BAŞLADI

Türkiyə XİN Yunanıstana etiraz edib

ABŞ-la müttəfiqlik heç vaxt bu qədər güclü olmayıb - Netanyahu
