adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 17:58
79
DÜNYA
A- A+

Hakan Fidan İshaq Darla danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan Pakistan xarici işlər naziri İshaq Darla telefon söhbəti zamanı ABŞ-İran danışıqlarını müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ABŞ-İran danışıqlar prosesindəki son durumu müzakirə ediblər.

Hakan Fidan və İshaq Dar Pakistanla Türkiyənin tərəflər arasında razılaşmanı asanlaşdırmaq üçün göstərdiyi səylər barədə məlumat mübadiləsi aparıb.