Hadi Rəcəbli: “Növbəti dəfə deputat olmaq istəyirəm”
"Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır"
Adalet.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib.
"Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur. İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyatı yoxdur. Əgər təmsil olunduğum partiya namizədliyimi irəli sürərsə, böyük məmnuniyyətlə növbəti dəfə deputat olmaq istəyirəm", - deyə H.Rəcəbli vurğulayıb.
Qeyd edək ki, Hadi Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41