Hacı Nuran: “Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib”
Aparıcı Afaq Gəncəlinin səhhətində problem yaranıb.
Adalet.az xəbər verir ki, bu barədə Hacı Nuran instaqramda paylaşım edib.
“Mənim ən yaxın dostlarımdan biri… Afaqın ürəyində böyük bir dərdi var, amma bunu həmişə içində çəkib, dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub, göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub.
Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib. Hamının onun üçün dua etməsini diləyirəm. Çünki mənim dostumun bu dualara böyük ehtiyacı var. Allah şəfa versin”, - deyə, paylaşımda qeyd edilib.
Qeyd edək ki, bir müddət öncə Afaq Gəncəli açıqlama verərək səhhəti ilə bağlı “Səhər mərkəzi” verilişindən uzaqlaşdığını söyləmişdi.
Əntiqə
Digər Xəbərlər
18 Dekabr 2025 18:59
Vəfa ərindən ayrıldığını etiraf etdi - "O Famil, o da siz"
18 Dekabr 2025 09:30
Aleyna Tilki saxlanıldı
17 Dekabr 2025 12:55
Nazilə Səfərli: “Şöhrət mənə dedi ki, dəyərsizdir deyə bağışlayırsan, dəyərli olsaydı…”
17 Dekabr 2025 10:59


Bakı -°C

