Gürcüstandan gələn şəxsin avtomobilində spirtli içkilər aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının altında və yük yerində hər biri 1 litr olmaqla, 8 ədəd üzərində "Nemirovskaya" yazılan və 22 ədəd üzərində "Nemoroff" yazılan spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
29 Aprel 2024 16:58
Polis narkotiklə bağlı əməliyyat keçirdi, narkotacirlərin səs yazıları açıqlandı - VİDEO
29 Aprel 2024 11:44Oğurladıqları kartla alış-veriş etdilər
29 Aprel 2024 11:17Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
29 Aprel 2024 10:46Bakıda evdən meyit tapılıb
29 Aprel 2024 10:06