Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb
Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 13 681,0 min dollar dəyərində 671 minik avtomobili ixrac olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 710 avtomobil və ya 3,55 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 32,8% azalıb.
Qeyd edək ki, bu ilin ilk ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48% təşkil edib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 61,6%-ni təşkil edib.
Bu ilin yanvar ayı ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 18,0% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 28 490,2 min dollar dəyərində məhsul ixrac edilib.
Digər Xəbərlər
02 May 2024 17:40