Gürcüstana səfər edənlərə XƏBƏRDARLIQ - Əlavə 12 manat da ödəməlisiniz! - VİDEO
Gürcüstana səfər etmək istəyən şəxslər artıq məcburi səfər sığortası əldə etməlidirlər.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər.
Gürcüstanla dəmiryolu nəqliyyatının bərpa edilməsi bu məsələni yenidən gündəmə gətirib.
Vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Qatar reyslərinin bərpasından sonra sığortaya tələbat artıb.
O da bildirilir ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir. Bununla yanaşı sığortalı vətəndaş tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilər.
Digər Xəbərlər
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
22 May 2026 10:36
270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib
22 May 2026 10:23
AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
22 May 2026 09:59


Bakı -°C

