DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının cəzası bəlli oldu
Bakı şəhəri Səbail rayon məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.
Adalet.az xəbər verir ki, transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.
Müəyyən edilib ki, E. İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib. Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib. E.İmamverdiyev, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.
Məhkəmə baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.
Digər Xəbərlər
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
22 May 2026 10:36
270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib
22 May 2026 10:23
AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
22 May 2026 09:37


Bakı -°C

