adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Avqust 2017 16:11
4600
GÜNDƏM

Gürcüstan azərbaycanlılara qarşı keçirilən əməliyyat haqda məlumat yaydı

GürcüstanDaxili İşlər Nazirliyi Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

APA-nın yerli bürosu DİN-ə istinadən verdiyi məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.