adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2017 15:39
27168
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı bayramgünü nəşriyyatda şair dostlarıyla babat vurandan sonra oturur Şuşalı Zülfünün taksisinə, gedir yaşadığı qəsəbəyə. Nə qədər axtarır öz evini tapa bilmir. Şuşalı Zülfü də yığılır boğaza, məhlələrinbirində saxlayıb uşaqların birindən soruşur:

- Ay bala, şair VəliXramçaylının evi hansıdı?

Uşaq təəccüblə maşınıniçindəki Vəli Xramçaylıya baxıb Şuşalı Zülfüyə deyir:

- Vəli əmi səninyanında oturub ki?!

Vəli Xramçaylı başını pəncərədənçıxarıb uşağın üstünə qışqırır:

- Ayə, a köpayoğlu,məni soruşmur ey, mənim evimi soruşur.