adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Oktyabr 2018 14:40
81600
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Birmafioz krışalıq elədiyi obyektlərdən pulyığmaq üçün lal-kar bir adam işə götürür ki, əgər polis tutsa heç nə deyə bilməsin. Ayın başındalal-kar pulu gətirmir. Cangüdənləri onu«hop-stop» edib gətirirlər mafiozun yanına. Pulu soruşurlar, başa sala bilmirlər. Tez bir loqoped tapıb gətirirlər. Loqoped mafiozun sözünüona tərcümə edir ki, pul hanı? Deyir, yoxdu.

Buvaxt mafioz tapançanı çıxarıbdirəyir kəlləsinə ki, it oğlu, pulhanı? Loqoped yenə tərcümə edir.

Lal-kardeyir:

-Xalamgilin həyətində böyük bir armud ağacı var, onun altında basdırmışam, iki yüzmin dollardı.

Mafiozloqopedə baxır.

Loqoped:

-Deyir, vermirəm, özü də onu məni öldürməyənə duxu çatar, nə də kişiliyi.