GÜNÜN LƏTİFƏSİ
Molla qəbir üstündə kasıb bir adamın atasına "Yasin" oxuyurmuş. Bu vaxt qəbiristana yekə bir "Cip" yaxınlaşır. İçindən kostyumlu-qalstuklu bir neçə adam düşür. Molla görür ki, gələn imkanlı adamdı, "Yasin"i tez-bazar bitirib onlara yaxınlaşır. Və həmin imkanlı adamın atasının qəbrinin üstündə uzun bir "Yasin" oxuyur.
"Cip" gedəndən sonra kasıb adam mollaya yaxınlaşıb deyir:
- Onun pulu çoxdu deyə, fərq qoyursan? Bəs hanı ilahi ədalət?
Mollanın əlini saqqalını çəkib təmkinlə deyir:
- Ay oğul, sənin atan arif adamdır, iki kəlmə dedim, başa düşdü. Bunun atası zırramanın biridir, başa sala bilmirdim.