adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Dekabr 2017 14:00
55232
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

ABŞ-da Cim adlı biruşaq Tanrıya məktub yazır: «Tanrım, nə olar, Yeni il gəlir, mənə yüz dollargöndər bir velosiped alım».

Poçtda məktublarıçeşidləyəndə görürlər ki, bir məktubda göndərilən ünvan yerində «Tanrıya» yazılıb. Fikirləşirlərki, Tanrı Tramp olar da. Məktubu göndərirlərTrampa.Tramp məktubu alıb oxuyur, xoşunagəlir, şounu da sevən adam cavab məktubu yazır, zərfin içinə də 20 dollar qoyur: «Cim, övladım, xahişiniyerinə yetirdim».

Cim zərfi açıb məktubu oxuyur, içində də 20 dollar. Görür məktub Ağ Evdən gəlir.

Tanrıya ikinciməktub yazır: «Tanrım, indən belə mənəpul göndərəndə Ağ Ev vasitəsilə göndərmə.Ordakılar rüşvətxor və oğrulardı. Bax, səningöndərdiyin yüz dolların səksənini çırpışdırıblar».

P.S. Çox qəribədiki, mən lətifəni diktə edəndə biglisayarda çalışan xanım Tanrı deyəndə Tramp yazdı, sonra düzəltdi. Neynəsin, Tramp artıq Tanrılıq edir də.