adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Oktyabr 2017 15:08
56738
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

İstanbulda bir nəfərinişi çətinə düşür. Allaha yalvarır ki, mənə kömək elə, işim düzəlsə eşşəyimi çiynimdə Qalata qülləsinə qaldıracam. Allahınyazığı gəlir, ya nə, işi düzəlir. Deyir, kişi deyiləm, gərək Allaha verdiyim vədi yerinə yetirəm.

Eşşəyi götürüb gəlirQalata qülləsinə. Və baxıb görür ki, bunluq deyil, amma and içib axı. Çıxış yoluaxtarır. Görür Bektaşi qüllənin önündə oturub, yaxınlaşıb yalvarır ki, ona bir çıxış yolu tapsın.

Bektaşi də deyirki, hər bir çətinliyin çözümü də var. Suallarımadüzgün cavab versən, çıxış yolunu göstərərəm.

Bektaşi:

- İçki içirsən?

- Qətiyyən, içənlərədə nifrət edirəm.

-Qumar oynayırsan?

-Heç bilmirəm qumar nədi.

-Qəzet-kitab oxuyursan?

-Heç hərf tanımıram.

-Teatr, əyləncə mərkəzlərinə gedirsən?

-Xeyr.

Bektaşiçıxış yolunu göstərir:

-Onda özün çıx, narahat olma, vədən yerinə yetirilmiş sayılacaq.