adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Avqust 2017 12:18
33440
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Ağdamda çox məşhurbir tarzən vardı: Məşədi Nəriman. Demək olar ki, bu gün Azərbaycanın məşhur olanbir çox xanəndələrinin muğam müəllimi olub. Həm də çox maraqlı adam idi.

Bir gün bir kəndtoyundan çıxarkən üstünə it hücum eləyir. Özünü itirmir. Tarını çevirib, itin səsinitarda tutur. İt hürur, o da həmin hürüşü tarda müşayiət eləyir. Toy sahibləri görürlər küçədə bir it hürür,həm də tar çalınır. Axışırlar küçəyə, görürlər ki, Məşədi dizini qoyub yerə tarıbasıb sinəsinə, it də onun qabağında şonquyub hürur, Məşədi ləzzətlə onu müşayiət edir.

Soruşurlar:

- Məşədi nağarırsan?

Məşədi:

- Vallah, bu it toyunuzdakıxanəndədən yaxşı oxuyur.

Allah Məşədi Nərimanarəhmət eləsin. Məşədi Nəriman Qarabağın keçmiş məşhur futboluçusu Nazim Mehrəliyevin və Ağdamın ünlü muğammüəllimlərindən, bəstəkar Aydın Mehrəliyevin atasıdı.