adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Yanvar 2017 15:08
25239
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Ağdam DövlətTeatrınının aktyorları gedirlər Laçındatamaşa göstərməyə. Fikirləşirlər ki, altıda tamaşanı başlayarlar, iki saat, səkkizdə çıxsalar uzağı saat onda evdədilər.

Saataltı olur, tamaşanı başlaya bilmirlər.Zalda səs-küy, ağız deyəni qulaq eşitmir,kimlərsə mübahisə edir, kimsə deyir ki, filankəs gəlməyincə tamaşanıbaşlamaq olmaz.

Yarımsaat belə keçir. Axırda teatrın baş rejissoru Vaqif Şərifov dözməyib düşürzalda oturmuş Xanlar müəllimin yanına. Xanlar Məmmədov, yeri behişt olsun, təvazökar,nəcib bir el ağsaqqalı idi. Sonralar xalq deputatı da seçildi, rayona rəhbərlikdə elədi. Həmin vaxtlar deyəsən rayon icraiyyə komitəsinin sədri idi.Vaqif Şərifov xahiş edir ki, camaatısakitləşdirsin, tamaşanı başlasınlar,çünki geri qayıtmalıdırlar.

Xanlarmüəllim çıxır səhnəyə, zaldakı səs-küyüyatırmaq istəyir. Birini danlayır, birinin üstünə əsəbləşir, axırda dözməyibdeyir:

-Ə, bir sakit oturun görək bu it uşağı bura niyə gəlib dana?!

Aktyorlardeyir qəşş elədik, qayıdanda da bütün yolboyuyadımıza salıb gülürdük.

Onuda deyirlər ki, həmin gecə Xanlar başdaolmaqla laçınlılar bizi buraxmadı, quzular kəsildi, süfrə açıldı, düz səhərə qədərdeyib-gülüb, yeyib-içdik. Hələ səhər cibimizə pul da qoyub yola saldılar.