adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Avqust 2016 18:00
23576
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Görkəmli yazıçımız İsi Məlikzadənin atası Abbas əmi (Qarabağdaləqəbi: Dəllək Abbas) çox duzlu, zarafatcıl, hazırcavab idi. Və buna görə dətəkcə Ağcabədidə deyil, bütün Qarabağdatanınırdı və sevilirdi.

Deməli belə.

Abbas əmi hərsəhər işə gedəndə və dönəndə yolu bir köşkün önündən düşürmüş. Köşkdə də 96-63-91 standartına uyğun gəlməsədə, əndamlı, qarabağlılar demiş, əsl qoca malı dul bir xanım işləyirmiş. Abbas əmidəondan kəsirmiş. Bir səhər köşkün qabağından keçəndə xanıma deyir:

- Ay filankəs,gəl sənə bir yüzlük verim, gecə bir savab iş görək.

Xanım:

- Abbas kişi,Allah ayıbını örtsün, heç səndən gözləməzdim.

Xanım axşam məhlədə qeybətəyığışanda arvadlara bunu danışır. Arvadlar da deyirlər ki, Allah sənə ağıl versin, yüz manatdan da (pulun pul vaxtı, təxminən indiki 1000 manat)keçərlər, qoca kişidi, əlindən nə gələsidir ki!

Səhər Abbas əmiyenə köşkün qabağından keçəndə xanım deyir:

- Abbas kişi,yüz manatı ver, axşam gələrsən.

Abbas əmi:

- Ay filankəs,heç narahat olma, bu gecə səhərəcən yuxudasəninlə o qədər kef eləmişəm, özüdə pulsuz!