Günün günorta çağı oğurluq
Bakıda mənzildən oğurluq edilib, qızıl-zinət əşyaları və pul aparılıb.
Adalet.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsi "20-ci sahə" deyilən ərazidə qeydə alınıb. Yüzbəy Mürsəlov ev 27A-da yaşayan Ramin Cəfərov rayon polis idarəsinə evindən oğurluq edilməsi ilə bağlı məlumat verib. Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, oğrular mənzilə günorta saatlarında sakinlərin evdə olmadığı vaxt daxil olublar. Ev sahibi Ramin Cəfərovun APA-ya verdiyi məlumata görə, ailə üzvləri yas mərasiminə iştirak etmək üçün günorta saatlarında evdən çıxıblar: "Evə qayıdarkən hər tərəfin darmadağın olduğunu gördük. Oğrular pəncərənin dəmir qoruyucusunu kəsərək mənzilə daxil olublar. Dərhal polisə məlumat verdik. Basqınçılar evdən 4400 manat dəyərində qızıl-zinət əşyalarımızı, 1900 manat nağd pulu aparıblar. Əminik ki, polis əməkdaşları oğruları tez bir zamanda taparaq onları cinayət məsuliyyətinə cəlb edəcəklər".
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21