adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 10:24
87
HADİSƏ
A- A+

Günəşdə güclü partlayış baş verdi

Bu gün səhər saatlarında Günəşdə X2.5 bal gücündə partlayış baş verib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Günəşdə Moskva vaxtı ilə 04:07-də (Bakı vaxtı ilə 05:07) X2.5 bal gücündə alışma baş verib. Bu demək olar son 2,5 ay ərzində qeydə alınmış ən güclü alışma olub”,- məlumatda qeyd edilir.

Qeyd olunur ki, baş verən alışma kosmik teleskoplardan əldə olunan şəkillərdə aydın görünən güclü plazma atımı ilə müşayiət olunub. Eyni zamanda, partlayışın mərkəzi Günəşin kənarına doğru xeyli sürüşüb (Yer istiqamətinə bucaq 60 dərəcəni ötür) və plazmanın yan istiqamətdə hərəkət etdiyi açıq görünür. Buna görə də hadisənin Yer üçün neytral qalacağı ehtimalı yüksəkdir.