adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Fevral 2024 14:38
7591
MEDİA

Günel Musa: "O, hadisəni işıqlandırmağa gedib, yoxsa üçgünlüyə?!"

Son zamanlar gündəmi zəbt edən əsas məsələlərdən biri 32 yaşlı bir oğlanla 16 yaşlı qızın qaçmasıdır. Onlar toy edib, qeyri-rəsmi yaşayırlar. Bütün sosial media kimi

Baku.Tv-də məsələni aydınlaşdırmaq üçün  cütlüyün olduğu  məkana üz tutub. Onlarla söhbət zamanı qızın üzərində qızıl olmadığını bilən jurnalist Arzu Kəlbi öz qızıl boyunbağısını 16 yaşlı qıza hədiyyə edib.

Hadisənı xoş qarşılamayan jurnalist Günel Musa səssiz qalmayıb. O, öz facebook hesabında həmkarının bu addımının heç də  xoş və uğurlu hərəkət olmadığını qeyd edib:
"Tənqid olunmalı şeylerin üstündən keçirsiz paz boyda qüsura cınqır çıxmır. Haminiz bilirsiz ki, hər zaman həmkarlarıma hədsiz linç tətbiq olunanda dəstək göstərmişəm. Amma elə şeylər var ki, mətbuat adına xələl gətirir. 16 yaslı usaq 32 yaşlı fiziki qusurlu şəxsə qoşulub gedib. Bu çox ciddi problemdi. Hətta ağlamalı problemdi. Edəbiyyat deyil e faciədi.  Baku Tv müxbirini ora problemi isıqlandırmağa göndərib yoxsa üçgünlüyə? Bu nə qeyri-peşəkatlıqdı belə. Dinəndə adama jurnalistikadan dərs keçirsiz axı".

Əntiqə