adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Fevral 2016 16:36
7797
ƏDƏBİYYAT

Gündüz Sevindiyin yeni kitabı:“Yuxundakı Dünya” - Fotolar

Yanvarın 26-da Ağcabədi rayonunda fəaliyyət göstərən "Ələk” ədəbi məclisi vəAğcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, eləcə də,"Ələk” ədəbi məclisinin üzvü, şair Gündüz Sevindiyin yeni çapdan çıxmış"Yuxundakı Dünya” adlı kitabının təqdim etmə mərasimi keçirilib. 

Adalet.az xəbər verir ki, tədbirigiriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, "Ələk”ədəbi məclisinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, prezident təqaüdçüsüMəhsəti Musa Gündüz Sevindiyin "Yuxundakı Dünya”adlı şeirlər kitabını oxuculara və tədbir iştirakçılarına təqdim etmişdir. Oqeyd etmişdir ki, yanvar ayında "Ələk” ədəbi məclisinin yaradılmasının iki ilitamam olur və bu kitabın təqdimat mərasimini də "Ələk” ədəbi məclisinin 2yaşına bir hədiyyə kimi qəbul etmək olar.

Daha sonra tədbirdə çıxışedənlər – Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev,Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən şair Yusif Kamal, şair Zahid Eloğlu,Adil Misirli, yazıçılardan Tahirə İsaqızı, Teymur Muğanlı, Şirxan Aranlı,Respublikanın əməkdar müəllimi Zəhra İbrahimova, Azərbaycan PedoqojiUniversitetinin Ağcabədi rayon filialının müəllimi, pedoqogika üzrə fəlsəfədoktoru, dosent Tahir Kərimli, Ağcabədi Pedoqoji Kollecinin direktor müaviniRövşən Bayramov, Ağcabədi rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru NərminəƏkbərova, Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova, gənc şairXəzangül Qədimli çıxış edərək şairi yeni kitabının işıq üzü görməsimünasibətilə təbrik etmiş, ona yeni-yeni yaradıcılıq uğurları arzulanıb.

Ağcabədi Pedoqoji Kollecintələbəsi Şamama Qəhrəmanova, şəhər 2 saylı tam orta məktəbin 10-cu sinifşagirdi Gülər İsmayılova və tədbirin azyaşlı fidanı Gilas şairinyaradıcılığından müxtəlif şeirlər səsləndirilib.

Sonda söz tədbirin səbəbkarışair Gündüz Sevindiyə verilmişdir. Gündüz Sevindik tədbir iştirakçılarına,habelə təşkilatçılıq işinə görə Ağcabədi rayon Heydər Əliyev Mərkəzininrəhbərliyinə sonsuz təşəkkürünü bildirmiş və öz yaradıcılığından müxtəlifnümunələr səsləndirilib.

Tədbirin sonunda şair imzalıkitablarını öz oxucularına hədiyyə etmiş və xatirə şəkilləri çəkilib.

Посмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображение