adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2018 17:41
14521
MƏMLƏKƏT

Gündəmi dəyişən ABORT problemi

Təhsileksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb.

Qeydedək ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.

2016-cıildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlartərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773(2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573)abort edilib.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, RespublikaPerinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbliqızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

S.Məmmədova deyib ki, Azərbaycanda 1200 məktəbliqızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o daaraşdırıb.

S.Məmmədovabu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün beləaçıqlama verdiyini söyləyib:

"Bu rəqəminmənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinadedə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki,9-11-ci sinif şagirdləri abort etdirsin”.

Başmütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olmasıhalları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləriaçılır və KİV-lərdə məlumat verilir:

"Şagirdlərarasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icraedilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

Azərbaycandaabortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədovabildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də oqədər sayda gizlənmiş abortun olması mümkün deyil.

Obildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsiilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahidelektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələbolunan məlumatları oradan əldə etmək mümkün olur:

S.Məmmədovaməktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:

"Heçbir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinəgötürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlarhamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s.tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədərböyük risk, təhlükəlidir".

Adalet.az məsələninaktuallığını nəzərə alıb ictimaiyyət nümayəndələri arasında sorğu keçirib. Buneqativ halların baş vermə səbəbləri, qarşısının alınması yollarını araşdırıb.


"Güzgü Dəyişim” İnkişaf Mərkəzininrəhbəri psixolog Fərqanə Mehmanqızı bildiribki, belə faktlar, əsası olmayan xəbərlərlə qızların valideyinlərtərəfindən təhsildən yayınmalarına səbəbyaradıldığının fərqində deyillərm? .Hansı məktəb, hansı sinifdə, hansı həkim məktəblişagirdləri abort edib ?? Bu cəfəngiyyatdı.Təhsil Nazirliyinin məktəblərin müəllimlərin, həkimlərin nüfuzuna zərərbir məlumatdi. .Ən önəmlisi isə Azərbaycan gəncliyinjn adına xələldi.. Məktəbyaşlı qızlar rayon yerlərində ailə qurur. Amma bu da abortla yox, doğuşlasonuclanır. Biz erken evliliklə cəmiyyətolaraq mübarizə apararkən durub belə xəbər yaymaq ən azı məsuliyyətsizlikdir. Faktlarvarsa qoyulsun ortaya. Kim nə istəyir cəfəngiyyat danışmasın”.




Tele jurnalist Aynur Vəliqızıdeyir ki, bu kimi halların baş verməməsi üçün valideynlər ciddi iş aparmalıdır:"Mənimdə qız övladım var. Hər bir valideyn istəyərki övladı məktəbvaxtı dərs oxusun. Bəlli bir yaşa gələndə təbii ki ailə qurmağını, övlad sahibiolmağını xəyal edirik. Zəmanəmizdə əgər uşaq götürülməsini pisləyib qınayıbbuna son qoyacaq qanun layihələrinin qəbul edilməsini tələb edib həyata keçirilməsinigözlədiyimiz bir anda belə bir informasiya "azyaşlılarla bağlı həmdə" təbbi ki hər kəsə pis təsir etdi. Ümumiyyətləbelə məlumatların, xəbərlərin təsdiqini tapmamiş yayılmasının əlehinəyəm. Nə qədərkiintiharlarla əxlaqsızlıqla, təcavüzlə bağlı xəbərlər veriləcək, onda bu tip hadisələrin sayı artacaq. Sanki uşaqlarımızın ğözünü açırıq. Ona görə buxəbəri qınayıb yayılmasını tənqid edirəm, və valideyinlərə mümkün qədəruşaqlarını internetdən uzaq tutmalarını məsləhət görürəm. Şəxsən mənim evimdə internet yoxdu”.


Yeni Həyat Hümanitar və SosialDayaq İctimai Birliyinin sədri Nailə İsmayılova isə qeyd edib ki, məktəb rəhbərlikləri məsələnin ciddiliyi nəzərəalmalıdırlar: "Məktəb psixoloqları təhsil alan yeniyetmələrlə söhbətləraparmalıdırlar. Təbii ki, məktəblə yanaşı valdeynlər də öz övladları üzərində nəzarətiartırmalı və məktəblə sıx əlaqədə olub onların davranışları haqqında müəllimlərlə,əsasən də sinif rəhbərləri ilə ciddi müzakirələr keçirməlidirlər. Daha çoxdavranış pozuntusu olan məktəblilərlə fərdi qaydada məktəb psixoloqları söhbətləraparmalıdırlar. Çünki bu problemlərin ortaya çıxmaması üçün fərdi yanaşmayaüstünlük verilməlidir. Ona görə ki, yeniyetmələr daha çılğın olduqlarına görətoplum içərisində onlara söylənən həra hansı neqativ fikrə qarşı aqressivdavranış nümayiş etdirə bilirlər”.




ƏDİL ƏDİLZADƏ