adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 May 2020 10:40
27482
ŞOU-BİZNES

Günay İbrahimlidən atmaca: "Ortalıqda artıq müğənnilər çoxdur"

Məşhur müğənni Günayİbrahimli "MTV Azərbaycan” telekanalında yayımlanan "Ulduzun vaxtı” şouproqramında qonaq olarkən maraqlı və bəzən qalmaqallara yol açacaq açıqlamalaredib:"Sənətçilər arasında dostum yoxdur. Həmkarlarımla münasibətimnormaldır. Onlarla efirə çıxıram, tədbirlərdə görüşürük. Xətirlərini istəyirəm,hörmətlərini saxlayıram. Amma dostlarım bu sahədən deyil”.

Adalet.az xəbər verir ki, sənətçi iki Xalq artisti Aygün Kazımova və Röya Ayxanlamünasibətlərindən söz açıb. O, hər iki müğənni ilə danışdığını və heç bir cəbhəyədaxil olmadığını dilə gətirib:"Onları biri-birindən ayırmıram. İkisi də gözəl sənətçidir.Onlarla münasibətim yaxşıdır. Nə Aygünlə, nə də Röya ilə heç bir problemimyoxdur”.

Günayın sözlərindənbelə çıxıb ki, şou əhliarasında qruplaşma var. Amma özü heç bir qruplaşmada olmadığını və həmkarları ilə əvvəlkikimi yaxınlıq etmədiyini açıqlayıb:"Bir ara məni qruplaşmayasalmışdırlar(gülür). Bir daha ora daxil olmaram. Söz-söhbətdən kənar gəzirəm, ehtiyat edirəm.Problemli müğənni deyiləm. Həmkarlarımla yaxın olduqca, problemlərin sayıartır. Bir neçə il öncə sənət yoldaşlarımla yaxınlıq etdim, onlarla bir yerdəoturub, yeyib-içdim, dərdimi danışdım. Ertəsi gün söhbətlərimi başqa cür qələməverdilər. Bunları görüb, qərara gəldim ki, hamıdan uzaqlaşım. Çəkilişlərimbitir, gedirəm evə. İstirahət zonam evimdir”.

Günay narahat olduğu bir məsələyə dətoxunmadan keçməyib: "Instagram” çıxandan bəri hər şey maraqsız olub. Əlçatmazheç kim və heç nə qalmayıb. Bu sosial şəbəkə yaranandan müğənnilərin vəvizajistlərin sayı artıb.Bu sənətə çox çətin dönəmdə gəlmişəm. Sosial şəbəkələrbu qədər populyar deyildi. O zamanlar bir il ərzində iki mahnı təqdim edirdik.İndi isə hər ay mahnı lentə alırıq. Hərə özünə bir "YouTube” kanalı açıb, oradaözünü reklam edir. Amma əvvəllər mahnımız bir ay radioda səsləndikdənsonraefirə çıxırdıq. Çox gözəl və maraqlı verilişlər var idi. Təəssüfolsunki, indi çıxmağa veriliş tapmırıq. O dövrün sistemini daha çox sevirdim. Ortalıqdaartıq müğənnilər çoxdur. Otuz yaxşı estrada ifaçısı var. Yerdə qalanlarımüğənni hesab etmirəm”.

İndi isə gözləyək, görək, "ortalıqda artıq müğənnilər”kimdir? Çünki, Inanınırıq, bu sözü üstünə götürən müğənnilər Günay İbrahimliniatmacalara qərq edəcəklər...Gözləyək!

Əntiqə Rəşid