Günay Əfəndiyevanın Litvada görüşləri davam edir - FOTO
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Qazaxıstan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Timur Urazayev və Türkiyə Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Barış Tantekin ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşlərdə Fond ilə təşkilatın üzv dövlətləri arasında ümumtürk mədəniyyətinin, ənənələrinin qorunub saxlanılması istiqamətində sıx əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Türk dövlətlərinin ortaq irsinin, dəyərlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub. Müxtəlif ölkələrdə yaşayan azsaylı türk xalqlarının Türk Dünyasına inteqrasiya olunmasının və bu səpkidə Fond tərəfindən həyata keçirilən bir sıra tədbirlərin vacibliyi vurğulanıb. Təşkilatın xarici ölkələrlə tərəfdaşlıq münasibətlərini genişləndirməsi, türk və digər xalqlar arasında qarşılıqlı mədəni mübadilələrə töhfə kimi qiymətləndirilib.
Söhbətlər zamanı Fondun qurucu üzv dövlətləri Qazaxıstan və Türkiyə ilə iş birliyi əlaqələrinin prioritetləri nəzərdən keçirilib, gələcək planlar, mümkün birgə layihələr haqqında ümumi müzakirələr aparılıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

