Günay Əfəndiyeva Polşaya işgüzar səfər edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfər edib. Səfər Azərbaycanın Polşadakı Səfirliyinin dəvəti və təşkilatçılığı ilə gerçəkləşib.
Fondun prezidenti səfər çərçivəsində Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetini ziyarət edərək, universitetin İnkişaf üzrə prorektoru Yaroslav Gorniaki görüşüb. Görüşdə həmçinin, Universitetin müxtəlif fakültələrinin nümayəndələri, eləcə də Səfirliyin əməkdaşları iştirak edib.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə geniş miqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirməsindən bəhs olunub. Fondun Polşa ilə əməkdaşlıq çərçivəsində Yaqellon Universiteti ilə iş birliyi məsələləri müzakirə edilib, Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.
Daha sonra Fondun Prezidenti Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk Dünyasının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.
Eyni zamanda Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi dəyər və ideyalarından bəhs edib.
Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31


Bakı -°C

