Gülənin 29 adamı həbs edildi
Türkiyədə terrorçu elan olunan Fətullah Gülənin 29 adamına həbs qərarı verilib.
İstanbulun 20 rayonunda aparılan əməliyyatda 29 nəfər saxlanılıb. Onların arasında İstanbul polis rəisinin müavini Mahir Çakallının da olduğu bildirilir.
Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra İstanbul polis idarəsinə aparılıb.
Şübhəlilər casusluq, qeyri-qanuni dinləmə, şəxsi məlumatları toplamaq, saxta sənədlər hazırlamaq və hökümətin işinə mane olmağa təşəbbus etməkdə ittiham olunurlar.
Qeyd edək ki, 2013-cü ilin dekabr ayından başlayaraq Fətullah Gülənin rəhbərlik etdiyi dini şəbəkəyə qarşı ardıcıl əməliyyatlar həyata keçirilir.
Digər Xəbərlər
29 Aprel 2024 09:43
Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42"Polşa ərazisində nüvə silahı yerləşdirilməsinə razılıq verib"
29 Aprel 2024 09:40Konservatorlar baş naziri vəzifəsindən kənarlsşdırmaq istəyirlər..?
28 Aprel 2024 22:10İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46